İstehsal

Qəbələ konserv zavodu illik 90 min ton meyvə şirəsi istehsal etmək gücünə malikdir.

Qəbələ konserv zavodu 2007-ci ildən fəaliyyət göstərən, Azərbaycanın qabaqcıl texnologiyalarına malik ən müasir istehsal müəssisələrindən biridir.

16 hektarlıq ərazidə yerləşən zavod 2 böyük istehsal sahəsinə malikdir və burada ümumilikdə 436 nəfər daimi və 80 nəfər mövsümi işçi çalışır. Zavodda meyvə şirələri, nektarlar, meyvə konsentratları, qazlı və qazsız sərinləşdirici içkilər istehsal olunur. Qəbələ zavodu məhsulları həm yerli, həm də beynəlxalq bazarlarda böyük tələbatla qarşılanır. Müasir avadanlıqlarla təchiz olunmuş müəssisədə illik 30 min ton meyvə emalı və 90 min ton meyvə şirəsi istehsalı həyata keçirilir.

Burada 3 meyvə emalı xətti, 1 şüşə xətti və 3 tetrapak xətti ilə Jalə, Zolotoy Sad və Natura markaları altında məhsullar istehsal edilir. Zavodun məhsulları Rusiya, ABŞ, Almaniya, Dubay, Qətər və bir çox digər ölkələrə ixrac olunur. 2013-cü ildə fəaliyyətə başlayan sərinləşdirici içkilər istehsalı müəssisəsində isə 4 istehsal xətti ilə Jalə, Mia, I’m tea, Natura, Mood və Saffir markaları altında müxtəlif meyvə şirələri və sərinləşdirici içkilər istehsal olunur.

Burada Fransanın SİDEL şirkətinin saatda 10 000 litr hazır məhsul istehsalı gücünə malik olan isti dolum sistemi və saatda 20 000 və 13 000 litr istehsal gücünə malik olan soyuq dolum sistemləri vasitəsi ilə plastik qablaşdırmalarda müxtəlif növ içkilər istehsal edilir. İtaliyanın Padovan şirkətinin avadanlıqları ilə təchiz olunmuş müəssisədə limonad, qazlı və qazsız sular istehsal olunur və məhsullar avtomatik pallet rəf sistemləri ilə saxlanılır.