İstehsal
Lənkəran konserv zavodu 2010-cu ildə cənab prezident ilham əliyevin iştiraki ilə rəsmi olaraq açilmişdir.
Lənkəran konserv zavodu Azərbaycanın meyvə və tərəvəz emalı sahəsində qabaqcıl texnologiyalara malikdir.
9 hektarlıq ərazidə yerləşən zavod, Bağdan və İlkbar markaları ilə meyvə kompotları, tomat pastası, şərbətlər və narşərab istehsal edir. Zavodda 70 daimi və 120 mövsümi işçi çalışır. Zavodun ərazisində 589 kvadrat metr sahəyə malik inzibati bina, 8564 kvadrat metr sahəyə malik istehsalat sexi, 555 kvadrat metr sahəyə malik soyuducu anbar, qazanxana, transformatorlar binası, generatorlar, su anbarı və nasosxanalar yerləşir. Müəssisə beynəlxalq sərgilərdə qızıl medal və diplomlarla təltif olunmuş məhsullar istehsal edir və həm yerli, həm də MDB, Avropa, ABŞ, Asiya, Avstraliya və Yeni Zelandiya bazarlarında böyük tələbatla qarşılanır. Zavod meyvə kompotları, tomat pastası, şərbətlər və narşərab istehsalı ilə məşğul olur və məhsulları dünya bazarlarında yüksək keyfiyyətli məhsullar kimi tanınır.